ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi yenə Syunikdədir. Onunla ABŞ BİA Ermənistandakı ofisinin direktoru Con Alelon da Syunik bölgəsinə gedib. Bu barədə “USAID Armenia”nın Facebook səhifəsində qeyd edilib.
“Syunik Ermənistanda ən çox sevdiyim yerlərdən biridir, dəfələrlə burada olmuşam. Bu yayda azad vaxtım burada keçirmək istədim”,- deyə Lin Treysi qeyd edib.
“Buraya ilk dəfə gəlirəm, çox gözəl yerlərdir, xoşbəxtlikdən ABŞ BİA burada bir çox layihə həyata keçirir. Bu deməkdir ki, daha çox dəfə Syunik bölgəsinə qayıtmaq imkanım olacaq”- deyə Con Alelon qeyd edib.