Başlıcaİctimaiyyət

Ermənistanda koronavirusa yoluxmuş ən yaşlı xəstənin 102 yaşı var

Ermənistanda ilk koronavirus yoluxma halından 2021-ci ilin avqustuna qədər 1000 nəfər iki dəfə COVID-19 infeksiyasına yoluxub. Bu barədə “Sputnik Armenia”ya Səhiyyə Nazirliyi məlumat yayıb.

Avqustun 5-nə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 231 625-ə çatıb, 220825 nəfər sağalıb.

Nazirlikdən bildirilib ki, avqustun 2-nə ola nməluamtlara görəŞ, koronavirusa yoluxanların 60-ı son dərəcə ağır, 358 -i isə ağır vəziyyətdədir.

“Ermənistanda koronavirusa yoluxmuş ən yaşlı xəstənin 102 yaşı var. Son məlumatlara görə, koronavirus infeksiyasından ölən ən gənc xəstənin 16 yaşı var. Bu hadisə 2020-ci ilin oktyabr ayında qeydə alınıb. Qızın başqa xəstəlikləri var idi”,- deyə qeyd olunub.

Nazirlikdən onu da bildirilib ki, ölkədə “Alfa” və “Delta” ştamı aşkarlanıb. Qeyd olunub ki, avqustun 1-nə olan məlumatlara görə, Ermənsitanda 171 min 890 nəfər peyvənd olunub.

Daha çox göstər
Back to top button