
Rusiya sərhədçiləri Voskeparda Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində yerləşdirilib. Bu barədə məlumatı ER Müdafiə Nazirliyi yayıb.
“Tavuş bölgəsində, xüsusən Voskeparda rus sərhədçilərin olması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar olaraq qeyd edirik ki, qeyd olunan ərazidə rus sərhədçiləri yerləşdirilib və sərhədçilərin arxa cəbhə təminatını həyata keçirmək üçün tikinti işləri görülür. Proses Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirilir.”