Türkiyədə şiddətli meşə yanğınları ilə mübarizə hələ nəticə verməyib. Yanğın Egey dənizinin yaxınlığındakı Türkiyə üçün strateji əhəmiyyət kəsb edən bir kömür fabrikinə çatdı.
Türkiyədə aydınlaşdırmağa çalışırlar ki, yanğılar üçün kimdir günahkar.
CNN TÜRK bildirir ki, polis artıq iki rus turisti həbs edib.Onlar antalyada şəhərəyaxın meşədə gəzişirmiş.Onları meşə yanğınını törətməkdə təqsirləndirirlər.
Hərbi ekspert Karen Hovannisyanın fikrincə, yanğınlar süni yaranıb. O, məqsədin kurort bölgələrini yandırmaqla, iqtisadiyyata zərər vurmaqla və ölkənin enerji strukturlarını hədəfə alaraq Türkiyədə hökumət əleyhinə, Erdoğan əleyhinə bir ruh halını yaratmaq olduğunu söyləyir.
“Kimin yandığı vacib deyil, atəşi kimin sifariş etdiyi vacibdir. Mənim qənaətimcə bunlar oyunçu ölkələrdir.Yanğınısa müxtəlif adamlar təşkil edə bilər.
Bəlkə də kürdlər ola bilər yaxud digər xalqın nümayəndələri.Amma sifarişçilər oyunçu ölkələrdir” – deyərək Karen Hovannisyan qeyd edib.
Karen Hovannisyan yanğınların Ermənistana çatacağını da istisna etmir.
“Hal-hazırda yanğınlar Türkiyənin kürdlərin yaşadığı Cənub və Cənub-Şərq Kürd əyalətlərinə doğru yayılır. Risk var biz də bu təhlükəli zonada peyda oluna bilərik”- deyərək Karen Hovannisyan qeyd edib.
“Ermənistan meşələri” təşkilatının direktoru Nazeli Vardanyan, Türkiyənin yanğınlarından erməni meşələri üçün heç bir təhlükə görmür. İlin bütün dünyada quraq keçdiyini, Yunanıstanda, Rusiyada və Avropada yanğınların baş verdiyini söyləyir.
Nazeli Vardanyan “Ermənistanda yanğın təhlükəsi var, amma təhlükə ölkə xaricində deyil, ölkə daxilindədir” deyərək qeyd edib.
“Türkiyə ilə sərhəddə hər hansısa yanğın riski yoxdur, bu fikrin haradan gəldiyini bilmirəm, bu il quraqlıq ilidir, bizim çoxlu daxili problemimiz var” – deyərək Nazeni Vardanyan bəyan edib.