
Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan hərbi hissənin yeni təyin olunmuş komandiri polkovnik Aleksandr Tsakanyanı üçüncü hərbi hissənin bölmələrinə təqdim edib.
“Zinuj media” nın veridyi məlumata görə,Müdafiə nazirliyinin başçısı polkovnik Tsakanyanın ordu quruculuğuna və vətənin müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirdi və əmin olduğunu bildirdi ki, yeni təyin olunan komandirin başçılıq etdiyi hərbi hissə qarşısında duran vəzifəsini tam yerinə yetirəcəkdir.
Eyni zamanda nazir Karapetyan düşmənin Ermənistan sərhədini keçmək cəhdlərini dayandırmağı əmr edib.
“Düşmən ərazimizə girmək barədə düşünməməlidir. Bu sizin probleminizdir. Bunun üçün korpus komandiri və hərbi hissə komandirləri, diviziya komandirləri, mövqe komandirindən başlayaraq sərhədlərimizi müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququna malikdirlər.
Eyni zamanda hər hansı bir istiqamətdə heç bir eskalasiyanın olmasını istəmirik.Ancaq bizim əraziyə girməyəcəhd edərlərsə, hamınıza əmr edirəm bütün vasitələrdən istifadə edin ki, həmin niyyətlət məğlubiyyətə uğrasın” – deyərək nazir qeyd edib.