Avqustun 9-u səhər saatlarında Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib. Bu barədə Azərbaycan MN məlumat yayıb.
Məlumata əsasən, atışlı məşğələ zamanı leytenant Babayev İlqar Rüfət oğlu ölüb. Hadisənin səbəbləri araşdırılır.