BaşlıcaSiyasət

ER İHM: “Azərbaycan əsgərləri Yerasx sakinlərinə məxsus qonşu torpaqları qəsdən yandırıblar”

Azərbaycan əsgərləri Ermənistan Respublikasının Ararat rayonunun Yerasx kəndinin bir başa yaxınlığındakı ümumi torpaqları və yaxınlıqdakı torpaqları qəsdən yandırdılar.

Bu haqda erməni hüquq müdafiəçisi Arman Tatoyan “Facebook” səhifəsində məlumatlandırıb.

“Ermənistan Respublikası İnsan Hüquqları müdafiə bürosuna, Azərbaycan silahlı qüvvələrinin Yerasxın yaxınlığındakı kənd istiqamətində kiçik və iriçaplı silahlardan atəş açması barədə xəbərdarlıq gəldi. Kənd Azərbaycan mövqelərindən  təxminən 1 km məsafədədir.

Azərbaycan silahlı qüvvələrinin atəşə tutulması Yerasxla qonşu kəndlərin sakinlərinin hüquqlarını pozur” – deyərək Arman Tatoyan qeyd edib.

Tatoyan  əlavə edib ki, yanğınlar səbəbindən Yerasxla qonşu kəndlərin sakinləri normal kənd təsərrüfatı işlərini görə bilməyirlər. Bundan əlavə, güllə və yanğınlar, xüsusən Yerasxda insanların dinc və normal həyatını pozmaqdadır.

Daha çox göstər
Back to top button