Avqustun 9-da Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Armen Grigoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zası qəbul edib.
ER XIN-in yaydığı məlumata görə, Armen Grigoryan Stanislav Zasa Azərbaycan silahlı qüvvələrinin Syunik və Geğarkunik bölgələrinə zorla daxil olması nəticəsində yaranmış vəziyyəti, eləcə də Naxicevan ərazisi daxil olmaqla Azərbaycan ərazisindən təxribatlarını təqdim edib.
Armen Grigoryan, KTMT-nin məsuliyyət zonasındakı təhlükəsizlik və Qafqaz bölgəsindəki vəziyyəti ilə bağlı erməni tərəfinin qiymətləndirmələri çərçivəsində Artsaxa qarşı Azərbaycan-Türkiyəin təcavüzünün nəticələrinə və bunlardan çıxan təhdidlərə diqqət çəkib. Hər iki tərəf vəziyyətinin de-eskalasiyasının vacibliyini vurğulayıb.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub və ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllinin vacibliyini vurğulanıb.
Tərəflər həmçinin Ermənistanın KTMT-ə sədirliyinə də toxunublar. Armen Grigoryan Ermənistan sədrliyinin konseptual yanaşmaları haqqında məlumat verərək,qeyd edib ki, təşkilatın səmərəliliyini artırmaq, üzv dövlətlərin ehtiyaclarına vaxtında cavab vermək mexanizmlərini gücləndirmək prioritetlərindən biri olacaq.
Stanislav Zas da öz növbəsində KTMT-nin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb və əmin edib ki, KTMT-nin işçi qurumları Ermənistan tərəfinin prioritetlərini həyata keçirmək üçün bütün səylərini əsirgəməyəcək.