BaşlıcaİctimaiyyətSiyasət

Ermənistan AES-in reaktoru ilə bağlı işlər başa çatdı

Ermənistan AES-da 2-ci enerji blokunun VVER-440 reaktorda aparılan işlər başa çatdı.

Rosatom Dövlət Korporasiyasından verilən məlumata görə, bu işlər AES-in fəaliyyət müddətini 2026-cı ilə qədər uzatmaq üçün aparılır.

Aparılan bu işlər reaktorun metal örtüyünün texniki xüsusiyyətlərini 80-85%-lə ilkin vəziyyətinə qaytarmağa imkan verəcəkdir.

“Erməni AES bizim təhlükəsizliyimizin, Ermənistan iqtisadiyyatının inkişafının qarantıdır. Reaktor gövdəsinin etibarlılığı və səmərəliliyi  AES-in istismarının təhlükəsizliyini əhəmiyyətli dərəcədə müəyyən edir. Rusiyalı mütəxəssislərin təcrübəsi və yüksək ixtisası sayəsində AES-in fəaliyyət müddətinin uzadılması layihəsinin əsas işi əla olub”,- Eduard Martirosyan deyib.

Bu işləri erməni mütəxəssislər Rusiyanın bir sıra şirkət və təşkilatları, o cümlədən АО ОКБ «ГИДРОПРЕСС», АО «НПО «ЦНИИТМАШ», АО «Атомэнергоремонт», НИЦ «Курчатовский институт», ЦНИИКМ «Прометей»  ilə birlikdə həyata keçirb.

Modernləşmə müqaviləsi çərçivəsində görülən işlər “Rosatom” Dövlət Korporasiyasının elektrik bölməsinə daxil olan “Rusatom Service” şirkəti tərəfindən təşkil olunur. 

“Bu mərhələdə stansiyanın modernləşdirilməsi üçün çox vacib bir prosesi başa çatdırdıq. Bu, Erməni və Rusiya nüvə istehsalçılarının birgə işi nəticəsində mümkün oldu. Ümid edirik ki, birgə səylərimizin nəticəsi AES-in təhlükəsizliyini daha da artırmağa, onun fəaliyyət müddəti 2026-cı ilə qədər və daha sonra daha 10 il uzatmağa imkan verəcək”,- Yuri Sviridenko qeyd etdi. 

Daha çox göstər
Back to top button