
Avqustun 10-da Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Rusiyaya səfər edib.
Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Moskvada Ermənistan müdafiə nazirinin rusiyalı həmkarı, eləcə də bir sıra digər görüşləri nəzərdə tutulur.