KTMT baş katibi Stanislav Zas Ararat bölgəsində hərbi hissələrdən birində jurnalistlərlə söhbətində bildirib ki, Ermənistanın Azərbaycanla sərhədində baş verən hadisələr, Qafqaz bölgəsi və KTMT-nin üzvü olan Ermənistanın təhlükəsizliyi üçün təhlükə yaradır. Bu barədə “Armenpress” məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhəd münaqişəsinin siyasi yolla həlli imkanları tükənməyib, Ermənistan-Azərbaycan-Rusiya formatında bu istiqamətdə işi davam etdirmək lazımdır.
Baş katibin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət hər zaman KTMT-nin diqqətindədir.
“Erməni dövlət strukturlarının köməyi ilə mütəşəkkil monitorinq keçiririk. Əlbəttə, düşünürük ki, sizin danışdığınız Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr Qafqaz bölgəsi və əlbəttə ki, KTMT üzvü olan Ermənistanın təhlükəsizliyi üçün təhlükə yaradır. Problemin həll yollarından danışsaq, düşünürük ki, bu vəziyyətin siyasi həlli imkanları tükənməyib, əslində bu hər kəs üçün ən yaxşı seçim olardı”, – deyə KTMT baş katibi bildirib.
Bu kontekstdə, Stanislav Rusiya vasitəçiliyi ilə Ermmənistan ilə Azərbaycan arasında iş formatının vacibliyini vurğulayıb.
“Son vaxtlar sərhəd qarşıdurmalarının artmasından və intensivliyindən ciddi narahatıq. Bu, adıçəkilən işlərin başlamasına kömək etmir. Bundan başqa, Ermənistan, Azərbaycan, Rusiya və Rusiya liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin dayandırılması və bölgədə sülhün bərqərar edilməsi yollarının axtarılması üçün əldə edilmiş razılaşmalarının həyata keçirilməsini çətinləşdirir. “Bütün tərəflərin bunu anlayacağını və fikir ayrılıqlarını siyasi yollarla həll etmək üçün addımlar atacağını gözləyirik”,- deyə Zas qeyd edib.