Artsaxİctimaiyyət
Karvaçarda Azərbaycan hərbçisinin öldüyü bildirilir

Karvaçarda xidmət edən Azərbaycan əsgərinin öldüyü bildirilir.
Ağcabədi rayonu, Pərioğulları kənd sakini Qorxmaz Səlim oğlu Cəfərovun xidməti vəzifəsini yerinə yetirərkən öldüyü deyilir.
Meydan TV-yə bu barədə Pərioğulları kəndinin sakinləri məlumat verib. Bildiriblər ki, əsgər xəstəlikdən həyatını itirib.
Azərbaycan Müdafiə Nazirliyi hadisə ilə bağlı hər hansı məlumat yaymayıb.
Ağcabədi rayon İcra Hakimiyyətinin Pərioğulları kənd nümayəndəsi Allahverdi Alıyev isə faktı Meydan TV-yə təsdiqləyib.