
Avqustun 9-da saat 16:00-22:00 radələrində qarşı tərəf cənub-qərb (Şoş-Mxitaraşen) hissəsində atəşkəs rejimini pozub. Azərbaycan silahlı qüvvələri odlu silahla birlikdə, SPQ-9 (tank əleyhinə dəzgahlı qumbaraatan) da istifadə edərək, erməni mövqelərinə 3 mərmi atıb.
Erməni tərəfində itki yoxdur. Hadisə ilə bağlı rus sülhmərmlı kontingentinin komandanlığına müvafiq məlumat verilib.
Artsax Respublikasının Müdafiə Ordusu Komandanlığı Azərbaycan tərəfini əldə edilmiş razılaşmalara riayət etməyə və vəziyyəti gərginləşdirmə addımlarından çəkinməyə çağırır.