
Belarus Prezidenti Aleksandr Lukaşenko “Azərbaycanın dostu” qızıl medala layiq görülüb. Mükafat beynəlxalq “Mənim Azərbaycanım” jurnalı tərəfindən təsis edilib.
Lukaşenko ordeni Azərbaycan xalqı ilə qardaşlıq və dostluq münasibətlərinin qurulmasında, xüsusilə də Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin qurulmasında, möhkəmlənməsində və inkişafında böyük xidmətlərinə görə” təltif edilmişdir.
Xatırladaq ki,Belarus Prezidentinin xüsusi xidmətlərindən biri rus-israilli bloqer Aleksandr Lapşinin Azərbaycan hakimiyyətinə qanunsuz təhvil verilməsi olub.