
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “Yerablur” hərbi panteonunu ziyarət edib.
Mənbənin sözlərinə görə, “KTMT baş katibi “Yerablur” da hörmət əlaməti olaraq hərbiçilərin xatirəsinə öz ehtiramını bildirdi”.
Qeyd edək ki, Zas dünənYerevana iki günlük işgüzar səfərlə gəlib. Müdafiə naziri Arşak Karapetyan Xarici işlər nazirinin müavini Armen Qriqoryan və Təhlükəsizlik Şurası aparatının rəhbəri Hayk Petrosyanla görüşübdür.
Zasın Baş nazir Nikol Paşinyanla görüşü gözlənilir.