ArtsaxBaşlıcaSiyasət

Artsax və Cənubi Osetiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Avqustun 12-də Artsax Respublikasının xarici işlər naziri Davit Babayan Cənubi Osetiya-Alaniya Dövlətinin xarici işlər naziri Dmitri Medoyev ilə onlayn görüş keçirib.

Artsax Respublikasının XİN-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, iki ölkə arasında mövcud əlaqələr, xarici işlər nazirliklərinin əməkdaşlığı, son regional inkişaflar ilə bağlı məsələlər müzakirə edilib.

Hər iki tərəf əməkdaşlığı daha da genişləndirməyin və dərinləşdirməyin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müntəzəm müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button