Rusiya sərhədçiləri Tavuş bölgəsinin Aygepar, Paravakar, Aygehovit, Berkaber, Koti, Doveğ sərhəd kəndlərində post quracaq, Voskeparda isə artıq yerləşdirilib. Azatamut kənd icması rəhbəri vəzifəsini icra edən Artur Beginyan bu barədə “Hetq”ə bildirib.
Onun sözlərinə görə, Rusiya sərhədçiləri artıq 6 gündür Azatamutdadır. Hazırda kənddə 2 rus sərhədçi var, eləcə də 10 erməni texniki işçi var.
“Sərhədçilər, əsas heyəti, təxminən 50 nəfər gələnə qədər, müvəqqəti olaraq Azatamutda yerləşdilər və Aygehovit inzibati bölgəsində postun yerləşdirilməsi işlərinə başlayacaqlar”- deyə Artur Beginyan qeyd eidb.
Rus sərhədçilərinin Tavuşda niyə yerləşdiyinə dair sualına Beginyan cavab verib.
“Baş nazir çıxışında onların respublikanın bütün ərazisində yerləşməli olduğunu qeyd edib. Onların sözlərinə görə, bu təhlükəsizlik səbəbiylə həyata keçirilir ki, sərhəd pozuntusu olmasın”.