BaşlıcaSiyasət

Rusiya sülhməramlı qoşun bölməsinin komandanlığı Şuşi yaxınlığında qarşılıqlı atışmanın təfərrüatlarını araşdırır

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı bölməsinin komandanlığı, Şuşi yaxınlığında  avqustun 9-da Müdafiə Ordusu bölmələri ilə Azərbaycan silahlı qüvvələri arasında baş verən toqquşmanın təfərrüatlarını araşdırır.

Bu  haqda Rusiya Müdafiə nazirliyi məlumat yayıb.

“Avqustun 9-u saat 17:45 radələrində Şuşi yaşayış  ərazisi yaxınlığında Dağlıq Qarabağ silahlı qüvvələri ilə  Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı atəş açılıb.

Rus sülhməramlılarının səyi nəticəsində atışma dayandırılıb, xəsarət alan olmayıb.  Faktla bağlı  rus sülhməramlı kontigenti komandanlığı  erməni və azərbaycan tərəfləriylə  birlikdə  araşdırma aparır” – deyərək  RF  Müdafiə nazirliyinin yaydığı  məlumatda bildirilib.

Avqustun 10-da Artsax Respublikası Müdafiə Ordusu, avqustun 9-da  saat 16: 22:00 arasında olan müddətdə düşmənin Cənub-Qərb hissəsində (Şoş-Mxitaraşen) atəşkəsi pozduğunu bildirdi.

Mənbənin bildirdiyinə görə, Azərbaycan silahlı qüvvələr iatıcı  silahdan başqa, HHN-9 (tank əleyhinə pulemyot qurğusu) da istifadə etmiş və erməni mövqelərini 3 dəfə atəşə tutmuşdur.

Məlumatda Ermənistan tərəfinin itkisinin olmadığı bildirilib.

Daha çox göstər
Back to top button