
TASS xəbər agentliyi xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu Ermənistan Müdafiə naziri Arşak Karapetyanla görüşü zamanı bildirib ki, RF Müdafiə nazirliyi Ermənistana silahlı qüvvələrini modernləşdirməyə kömək etməyə hazırdır.
“Biz həm ikitərəfli, həm də KTMT çərçivəsində hərbi sahədə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Eyni zamanda, Ermənistan Silahlı qüvvələrində islahat proqramlarının həyata keçirilməsinə dəstək verməyə hazırıq” – deyərək Şoyqu bildirib.
O qeyd edib ki, 102-ci Rusiya hərbi bazası yaxşı təchiz olunmuş və təhlükəsizliyin təminatı olan Ermənistanda yerləşir. “Ermənistan Rusiyanın müttəfiqidir, Qafqazda sülhün qorunmasında əsas tərəfdaşdır. Biz bölgədə sülhün qorunmasında olduqca maraqlıyıq” – deyərək RF Müdafiə naziri bildirib.
Şoyqu Arşak Karapetyanı Müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək, bu təyinatın ölkənin müdafiə sektorunda islahatların həyata keçirilməsi üçün çətin vəzifələrin olduğu çətin vaxtlarda baş verdiyini vurğuladı.