ArtsaxBaşlıcaSiyasət

Artsax MO Azərbaycan MN-nin dezinformasiyasını təkzib edir

Avqustun 13-də, saat 02:30 radələrində Artsax Respublikası Müdafiə Ordusunun bölmələri  tərəfindən Yuxarı Veysəl, Sğnax kəndləri, eləcə də Şuşinin yaxınlığında yerləşən Azərbaycan mövqeləri istiqamətində guya atıcı silahdan atəş açılmasına dair Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir.

Aydındır ki, bu cür yalan bəyanatlarla Azərbaycan tərəfi növbəti təxribatçı hərəkətlərə zəmin hazırlayır.

Müdafiə Ordusunun bölmələri atəşkəs rejiminə ciddi riayət edir və yalnız Azərbaycan təxribatlarına qarşı cavab tədbirləri görür.

Daha çox göstər
Back to top button