
Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin rus xalqını dair təhqir etdiynə görə 50 il müddətinə Rusiya ərazisinə girişini qadağan edib. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzinə istinadən məlumat verib.
“Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, Rusiya, onun sakinlərinə və xaricdə yaşayan həmvətənlərə qarşı destruktiv hərəkətlərə çağıran xarici vətəndaşlar ölkə ərazisinə buraxılmayacaqlar”, – məlumatda bildirilir.
Xatırladaq ki, Vahabzadə Vladimir Jirinovski və rusların ünvanına təhqir səsləndirib.