
Rusiya Federasiyası Müdafiə Nazirliyi Azərbaycan SQ-nin atəşkəsi pozduğunu bildirib.
“Son gün ərzində bir atəşkəs pozuntusu qeydə alınıb. Azərbaycan silahlı qüvvələri 11 avqust 2021-ci ildə saat 7:29-da və 07:58-də Dağlıq Qarabağ silahlı qüvvələrinin mövqelərinə zərbə tipli kvadrokopterlərdən istifadə edərək iki zərbə endirib. Zərərçəkən yoxdur.
Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görüb. Faktla bağlı araşdırma aparılır “, – deyə nazirliyin açıqlamasında bildirilir.