
Ərazi İdarəetmə və İnfrastruktur naziri Gnel Sanosyan qeyd etdi ki, yolların blokadadan çaıxarılması həm Ermənistana, həm də Azərbaycana aiddir.
“Hər ikisi nəqliyyat yollarını blokadadan mütənasib şəkildə çıxarlmalıdır, ünsiyyətə başlamalıdı, bu da təkcə bizə deyil, bölgədəki qonşu ölkələrimizə də fayda gətirəcək. Söhbət dəmiryoldan gedirsə, infrastrukturların tikilmədən blokadadan çıxamaq ola bilməz, çünki keçmiş dəmir yolu şəbəkəsinin olmadığı hissələri var, yenisi tikilməlidir”,- o deyib.
Nazirin sözlərinə görə,çox guman ki, dəmir yolu əvvəlki şəbəkənin eyni marşrutundan keçəcək.
“Hamımız bilirik ki, dəmir yolu Naxçıvan, Meğhridən keçdi və dəmir yolunun istismar edilməsinə qərar verilsə, o istiqamət bərpa olunmalıdır. Sovet dövründə İcevan istiqamətində dəmir yolu var idi. Buna görə də, bölgədə sülh olanda, düşünürəm ki, bu istiqamətdə də işləmək iqtisadi cəhətdən sərfəli olacaq”,- Sanoyan qeyd etdi.