
Avqustun 15-də səhər saatlarında ER İnsan Hüquqları Müdafiəçisinə Azərbaycan silahlı qüvvələrinin Syunik rayonunun Aravus kəndini atəşə tutması barədə xəbərdarlıq edildi. Bu barədə Ermənistan Ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində yazıb.
“Bu məlumatları kəndlilər təsdiq etdi və onlar qeyd etdi ki, ER SQ-nin mövqelərinə də atəş açıldı. Söhbət Azərbaycan silahlı qüvvələrinin mülki evlərdən bir neçə yüz metr aralıda yerləşən Aravus kəndinin hissəsindən gedir. Onların qarşısında, sakinlərin həyatını və təhlükəsizliyini qorumaq funksiyasını yerinə yetirən ER Silahlı Qüvvələri yerləşir.
Ombudsman aparatının topladığı faktlara görə, Azərbaycan atəşi, ER 1-ci Ordu Korpusu və Rusiya Sərhəd Xidmətinin komandanlığının gəlişindən sonra dayandırdı.
Bu gecə Aravus kəndi istiqamətində olan atışma cinayətdir, hansı ki insanların normal, dinc həyatını və təhlükəsizliyini pozur.
Bu faktlar sübut edir ki, Azərbaycan silahlı qüvvələrinin ER kəndlərinin yaxınlığında, kəndlər arasındakı yollarda olması insanların yaşamaq hüququnu pozur. İnsanların hüquqları, sərbəst hərəkət etmə və digər həyati hüquqları pozurlar”,-Tatoyan qeyd etdi.