Başlıcaİctimaiyyət

Dubayda “Made In Armenia” sərgisi keçiriləcək

2021-ci il oktyabrın 1-dən 2022-ci il martın 31-dək Dubayda keçiriləcək “Expo 2020 Dubai” çərçivəsində “Made In Armenia” 4 günlük sərgisi də keçiriləcəkdir. Sərgidə ER şirkətləri də işıtirak edə bilər.

Ermənistanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, bu sərgi nəinki erməni mal və xidmətlərini dünya bazarında təqdim etmək, həm də yeni güclü işgüzar əlaqələr yaratmaq, potensial xarici tərəfdaşlar və investorlar ilə görüşmək imkanı verəcək.

Nazirlikdən verilən məlumata görə, ixrac kataloqu / jurnalı erməni şirkətləri üçün iş dünyasına özlərini təqdim etmək üçün bir fürsətdir.

Qeyd edək ki, “Expo” dünyanın ən qədim sərgi tədbirlərindən biridir. “Expo 2020 Dubai”-da 192 ölkə iştirak edir.

Daha çox göstər
Back to top button