
İranşünas Artyom Tonoyan Sputnik Armenia-ya verdiyi müsahibədə Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamalarına toxunub.
Ekspert qeyd edib ki, azərbaycanlıların əsas məqsədi əlverişli şərtlərlə sülh müqaviləsi bağlamaqdır.
Onun sözlərinə görə, bundan əvvəl nisbi fasilə dövrü var idi və Əliyev müntəzəm olaraq danışmırdı: “Qısa fasilənin səbəbini Rusiya ilə Azərbaycan arasındakı sərhədin gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli gərgin münasibətlər kontekstində axtarmaq lazımdır”.
Azərbaycan prezidenti İlham Əliyev Karvaçar səfəri zamanı Vardenis və Syunik bölgəsinin Azərbaycan torpaqları olduğunu bəyan edərək Ermənistana qarşı təhdidlər səsləndirdi.
“Əliyev təkcə bizə deyil, hər şeydən əvvəl Rusiya Federasiyasına öz planlarından və tələblərindən geri çəkilməyəcəyi mesajlarını göndərir. Dağlıq Qarabağın statusu və bu mövzuda görüşlərin keçirilməsinin zəruriliyi barədə müxtəlif səviyyələrdə danışıldığı üçün onun mesajları beynəlxalq ictimaiyyətə də ünvanlanıb. Bu səbəbdən Əliyev, müharibədən sonrakı gündəmini irəli sürərək Artsax məsələsini arxa plana çəkməyə çalışır”.
Tonoyanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandakı seçkilərdən sonra əlverişli bir həll tapılacağını gözləyirdilər, lakin Ermənistan tərəfi təklif olunan şərtləri qəbul etmir. Ekspertin fikrincə, Azərbaycanın əsas məqsədi nə olduğunu nəzərə alsaq, gərginliyin arta biləcəyi istisna edilmir.