Avqustun 17-də Artsax Respublikasının dövlət naziri Artak Beglaryan ER Milli Elmlər Akademiyasının prezidenti Aşot Sağyanı qəbul etdi.
Artsax Respublikasının Dövlət nazirinin administrasiyasının informasiya və ictimaiyyətlər əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Artsaxın elm sahəsinin inkişafı ilə bağlı məsələlər müzakirə edildi.
Dövlət naziri Artsaxın elm və təhsil sahəsində yeni standartların və imkanların tədbiqi, biliklərin yayılması və öyrənilməsinin keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına əhəmiyyət verib. Bu da ER Milli Elmlər Akademiyası ilə əməkdaşlıq sayəsində mümkün olacaq. Artak Beglaryan Artsax Elmi Mərkəzinin yaradılmasında verdiyi böyük töhfəyə görə A.ot Sağyanı təşəkkürünü bildirdi.
Ermənistan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Aşot Sağyan Artsax Elm Mərkəzinin imkanlarını davamlı olaraq genişləndirərək gələcəkdə Artsaxın elmi həyatının inkişafına töhfə verməyə hazır olduğunu bildirdi.
Görüşdə Artsax Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Lusine Ğaraxanyan və Artsax Elmi Mərkəzinin direktoru Anyuta Sarkisyan iştirak ediblər.