
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya yük şirkətlərinin nümayəndələrini Dağlıq Qarabağın tranzit potensialına diqqət yetirməyə çağırıb.
Bu haqda TASS məlumatlandırıb.
“ Orada hal-hazırda infrastrukturun və yolların bərpası üzərində fəal işləyirik, buna görə bu perspektivli sahəyə diqqət yetirin, düşünürəm ki, məncə, bunun açıq iqtisadi faydaları olacaq.
Olduqca vacibdir ki, bizim bir başa qonşuluğumuzda olan bu sahənin iqtisadi inkişafı Rusiyanın aktiv iştirakıyla aparılsın” – deyərək Lavrov Beynəlxalq Nəqliyyat assosiasiyası ilə görüşərkən qeyd edib.