ArtsaxBaşlıcaSiyasətTəhlil

Bakıdan başlayaraq indiki Azərbaycanın bütün ərazilərin erməni adları var idi, burada ermənilər yaşayırdı: Tarixçi Əliyeva cavab verib

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan əraziləri ilə bağlı bəyanatları açıq bir saxtakarlıqdır və bölgəni Türk-Azərbaycanlı kimi təqdim etmək üçün bir manipulyasiyadır. Bunu Ermənistan Respublikası Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Aşot Melkonyan Azərbaycan prezidenti İlham Əliyevin Karvaçarda Ermənistanın suveren əraziləri olan Syunik, Vardenis və Sevanla bağlı bəyanatlarını şərh edərək deyib. 

Aşot Melkonyanın sözlərinə görə, Əliyev deyir guya ki, Syunik, Sevan, Vardenis, Yerevan “tarixi Azərbaycan torpaqları”dır, amma hər şeydən əvvəl, Azərbaycan adlanan indiki respublikanın ərazisinin İranın şimal bölgələri olan tarixi Atrpatakan ilə heç bir əlaqəsi yoxdur. Türklər sadəcə 1918-ci ildə bu adı  oğurladılar. 

İkincisi,14-15-ci əsrə qədər, türkmən tayfalarının bölgəyə daxil olunması və xüsusilə XI əsrə qədər, Səlcuq türklərinin bölgədə ilk dəfə meydana gəldiyi vaxta qədər, Şərqi Ermənistan, Gürcüstan, Şərqi Zaqafqaziya və Şimal İran daxil olmaqla bölgəmizdə  hər hansı bir türk toponimi və ya türk elementi haqqında danışmaq çox gülməlidir.

“Belə ki, Azərbaycanın paytaxtı Bakıdan başlayaraq, Atrpatakan, Şəki, Şirvan, yəni Böyük Ermənistanın Utik, Artsax, Paytakaran əyalətlərinin ərazilərinə qədər hamısı erməni  adlı idi, hər yerdə ermənilər yaşayırdı. XI əsrə qədər buralarda hər hansı  türk ünsürü haqqında danışmaq çox gülməlidir”,- Melkonyan vurğuladı. 

Tarix İnstitutunun direktoru bu iddiasını 14-15-ci əsrlərdən əvvəl, türkmən tayfalarının Şərqi Ermənistana və Şərqi Zaqafqaziyaya daxil olunması zaman, xüsusilə XI əsrə qədər türk tayfalarının ilk dəfə meydana çıxdığı tarixə  qədər bizim bölgədə heç bir türk topnimin olmadığı ilə dair tarixi faktlarla əsaslandırır.

“Hər halda hesab edirəm ki, sivil dünyanın böyük hissəsi, xüsusən Avropa, ABŞ, Rusiyanın intellektual dairələri və peşəkar cəmiyyətləri əsl tarixi çox yaxşı bilirlər. Fürsət yarandıqda, məsələn, rus ziyalıları həmişə deyirlər ki, Azərbaycanın qədim mədəniyyətindən danışmağın gülüncdür, çünki bu, Şərqi Zaqafqaziyada saxta, türkləşmiş İran elementinə əsaslanan saxta mədəniyyətdir”,- deyə o vurğuladı. 

Aşot Melkonyanın sözlərinə görə, azərbaycanlılar və Azərbaycan deyilən bu dövlət bu gün kimlik axtarışındadırlar və Demək olar ki, bütün qonşularının – ermənilərin, gürcülərin, ləzgilərin, iranlıların, hətta türkmən soydaşlarının tarixini və mədəniyyətini  oğurlayıblar. 

Və bu qarışıqlıq o qədər absurd həddə çatdı ki, bir tərəfdən özlərini Qafqaz Ağvankının varisləri, yəni yerlilər hesab edirlər, bir tərəfdən hind-avropalı, digər tərəfdən türkdilli olduqlarını düşünürlər.

Azərbaycanlıların doğru adına dair sualını cavablandıran tarixçi qeyd etdi ki, “Qafqaz tatarları” və əlavə etdi ki, “Tatar” “köçərilər” deməkdir.

Bu məsələnin siyasi tərəfinə gəlincə tarixçi Aşot Melkonyan hesab edir ki, Əliyevin “Zangezur dəhlizi”, Sevan, Yerevan və indi Vardenis haqqında tələsik bəyanatları, eləcə də Azərbaycanın sərhəddəki təcavüzkar davranışı onunla bağlıdır ki, Türkiyə və Azərbaycan 44 günlük müharibədəki uğurlarından istifadə edərək, hesab edirlər ki, indi Pan-Türkçülük proqramını həyata keçirmək üçün ən yaxşı vaxtıdır.

Tarixçi qeyd etdi ki, Ermənistan Respublikasından başqa, bölgədə  “Zangezur dəhlizi”nin heç bir tərəfdarı olmayan İran və Rusiya kimi  güclü dövlətlər var.

“1921-ci ili iyulun ortalarında  Garegin Njdeh Zangezurdan ayrıldıqdan sonra, Sovet dövləti Zangezuru Azərbaycana verə bilərdi. Əgər etməibsə, o zaman başa düşərdi ki, erməni pazı pantürkizm yolunda ən böyük maneədir”,- deyə Aşot Melkonyan qeyd etdi.

Daha çox göstər
Back to top button