BaşlıcaSiyasət

XİN: “Ermənistan torpaq mübadiləsi ilə bağlı heç bir danışıq aparmır”

Ermənistan Respublikası ərazi mübadiləsi ilə bağlı heç bir ölkə ilə danışıqlar aparmır.Bu haqda  ER Xİ nazirliyi “Hetq” -in sorğusuna cavab olaraq açıqladı.

Sorğunun məqsədi, rus eskortlarının Tavuş bölgəsinə yerləşdirilməsi prosesi olub. Xarici işlər nazirliyi, prosesin ermənilər tərəfindən icra edilməsi üçün səlahiyyətli orqanın Müdafiə nazirliyi olduğunu, ancaq Xarici işlər nazirliyinin bu işdə iştirakı olduğunu bildirib.

Xarici işlər nazirliyi bildirir ki, Ermənistan-Azərbaycan təmas xəttinin yaxınlığında rusiyalı müşayiətçilərin yerləşdirilməsi 1991-ci ildən bəri əməkdaşlığın müxtəlif aspektlərində Ermənistanla Rusiya arasında imzalanmış geniş hüquqi çərçivə əsasında həyata keçirilib.

Xatırladaq ki, “Hetq” yazmışdı ki, avqustun 5-də  rus ordusu Tavuş bölgəsindəki Voskepar sərhəd bölgəsində bir keçid məntəqəsi qurdu.

Tavuş valisi Hayk Ğaluman  mətbuya verdiyi açıqlamada rus  hərbiçilərinin sərhəddə monitorinq keçirdiyini söyləyib.

 Rus  hərbişilərinin niyə Voskeparda olduğunu soruşduqda Ğalumyan cavab verib: “Onların haqqı var”.

 Açıqlayıcı suala, rus  hərbiçilərinin orada nə haqqı var, nə qərar verirlər, qubernator cavab verməyib, telefonu bağlayıb.

Sonradan məlum oldu ki, rus sərhədçiləri Aygepar, Paravakar, Aygehovit, Berkaber, Koti, Doveğ sərhəd kəndlərində keçid məntəqələri quracaqlar və ruslar  avqustun 5-dən  etibarən Azatamut kəndindədirlər.

Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistan Respublikasının dövlət sərhədlərinin qanunsuz olaraq pozulması faktıyla bağlı BMT Təhlükəsizlik Şurasına edilən müraciətə gəlincə, Ermənistan Respublikasının Xarici işlər nazirliyi bu variantın hazırda nəzərdən keçirilmədiyini bildirir.

Xarici işlər nazirliyindən verilən məlumata görə, Azərbaycanın Ermənistanın suveren ərazisini pozması barədə Təhlükəsizlik Şurasının üzvlərini mütəmadi olaraq məlumatlandırır.

Daha çox göstər
Back to top button