BaşlıcaSiyasət

“Avrora” Artsaxda fəaliyyətini gücləndirəcək

“Avrora” Humanitar Təşəbbüsü, “Avrora Artsaxa” proqramını genişləndirməyə davam edir. “Avrora” məmnuniyyətlə bildirir ki, humanitar fəaliyyətini daha təsirli etmək, bölgədəki varlığını gücləndirmək və Artsaxın güclənməsinə töhfə vermək üçün Artsaxın paytaxtı Stepanakertdə ofisini açıb.

“Avrora Artsaxa” proqramı vasitəsilə “Avrora” humanitar təşəbbüsü 2020-ci ildəki müharibədən sonra Artsax xalqına kömək edir. Artsax müharibəsindən sonra artsaxlılar ağır humanitar böhranla üzləşdi. Əvvəlcə müharibə qurbanlarına təcili yardım göstərmək üçün hazırlanan proqram, hazırda bölgədə uzunmüddətli sosial inkişafı təşviq edən layihələri dəstəkləyir.

“Avrora” bölgənin uzunmüddətli sosial inkişafını təşviq edən layihələri dəstəkləyir.

Stepanakertdə “Avrora” ofisinin açılması göstərir ki, bu humanitar təşəbbüs uzun müddətdir burada olacaq.

“Proqramımıza onlarla yerli və beynəlxalq tərəfdaş qoşulub və bu layihələrin qlobal kontekstdə baş tutması və Artsaxdakı mövcud vəziyyətlə əlaqəli olması çox vacibdir. Bu yalnız ofis deyil. Belə bir əməkdaşlıq foratı nəinki Artsaxa kömək edə bilər, həm də dünyada hər kəs üçün nümunə ola bilər”,- deyə “Avrora” bəyanatında qeyd olunub.

Qeyd olunub ki, Artsax Humanitar Yardım Proqramı başladıqdan bəri, Avrora, Hayastan Ümumerməni Fondu vasitəsi ilə Artsax xalqına dərhal humanitar yardım da daxil olmaqla, 55 yerli və beynəlxalq tərəfdaş tərəfindən həyata keçirilən 80 layihəni dəstəkləmək üçün 1.740.000 ABŞ dollarından çox vəsait ayırdı. Artıq 130 mindən çox insan bu layihələrdən faydalanmışdır.

Daha çox göstər
Back to top button