BaşlıcaSiyasət

Ermənistan hökumətinin proqramı Türkiyə ilə münasibətlərin normallaşmasını nəzərdə tutur

Ermənistan Respublikası Hökumətinin proqramında xarici siyasət bölməsində Türkiyə ilə münasibətlərin normallaşması məsələsinə də toxunulub.

“Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, sərhədlərin bağlanması, həmçinin Türkiyənin 44 günlük müharibədə açıq iştirakı bölgədə sülhə və davamlı inkişafa mənfi təsir göstərir.

Ermənistan Türkiyə ilə münasibətləri heç bir şərt olmadan normallaşdırmağa hər zaman hazırdır, bu da regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf maraqlarına cavab verir. Bu gün Ermənistan Respublikası Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səy göstərməyə hazırdır.  İlkin şərtlər olmadan irəliləyən tərəflər qarşılıqlı etimad mühiti yaratmaq, tədricən normal əlaqələr qurmaq üçün birlikdə çalışmalıdırlar”, – deyə proqramda qeyd olunur.

Daha çox göstər
Back to top button