
“Beynəlxalq Ordu Oyunları-2021” hərbi-idman tədbiri çərçivəsində 19 avqust-2 sentyabr tarixlərində Ermənistan Respublikasında “Sülh döyüşçüsü” yarışı keçiriləcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Yarışda iştirak etmək üçün altı ölkə müraciət edib: Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Yunanıstan və Qətər Dövləti.
Tədbir Monte Melkonyan adına Hərbi Məktəbinin və ER Silahlı Qüvvələrinin hərbi hissələrinin bazalarında keçiriləcək.
Tədbirin açılış mərasimi 22 avqustda, bağlanış mərasimi isə 1 sentyabrda keçiriləcək. Yarışlar Yerevan, Dilican və İcevan şəhərlərində keçiriləcək.