BaşlıcaSiyasət

RF və ABŞ səfirlərinin məzuniyyəti Ermənistandadır: incə diplomatik işarələr siyasəti

Rusiya Federasiyası və ABŞ səfirlərininməzuniyyətləri  bu il diplomatik xarakter daşıyır. ABŞ səfiri Lin Treysi bu yaxınlarda Ermənistanın ən məşhur turizm yerlərindən olan Tatevik  Monastırında olub.

Daha öncə isə  əvvəllər Geqarkunik bölgəsindəki Verin Şorja sərhədini ziyarət etmişdir.

Rusiya səfiri Sergey Kopirkinin eamiyyət maraqları  əvvəlcə diplomatın ailəsini Pokr Vedi kəndinin arxeoloji sahəsinə apardı, bundan sonra səfir Yerasx sərhəd bölgəsini də ziyarət etmişdir.

ER-nın  Kanadadakı keçmiş səfiri Ara Papyan “Diplomatiya incə təsirləri olan bir siyasətdir” – deyə qeyd edərək əlavə edib ki, səfirlərin hər hansısa addımı məqsədsiz deyil.Vacib deyil ki,  həmin addımların  eyni   istiqaməti olsun.

“Faktiki əvvəlki illərdə belə bir praktikanın olmadığını nəzərə alsaq, bu il belə səfərləri müntəzəm olaraq görürük.

Bununla onlar  məhz   işarə edir ki,  bura Ermənistan Respublikası ərazisidir və özlərinin ölkəsi məhz  belə tanıyır.

Yəni, Ermənistan Respublikasının öz ərazisi olduğu, ölkəsini faktiki olaraq tanıdıqları mesajını verirlər.

Əlavə edək ki, bu  günlərdə  Birləşmiş Ştatlar səfiri Bakıda Naxicevana gedib.Bu da həmin çərçivədədir.Yəni, onlar Naxicevanı Azərbaycan  tərkibi olaraq  nəzərdə tutur” – deyərək Ara Papyan qeyd edib

Bölgədəki proseslər paralel gedir və hər iki tərəf öz maraqlarını rəhbər tutur. Ermənistanın və Azərbaycanın vəzifəsi bu maraqların təməlində öz yanaşmalarını həyata keçirməkdir.

Politoloq Robert  Ğevondyan  deyir ki, bölgənin əsas oyunçuları səfirlərin səfərlərinin diplomatik aspektlərini təhlil edərək yenidən təşkilatlanmanın mərkəzində mümkün yerlərini anlamağa çalışırlar.

“Bölgədəki səlahiyyətlərin yenidən qurulması, bölgəyə təsir edən güclərin yenidən qurulması ilə əlaqədar bir proses baş verir. Bu prosesdə hər hansı bir sivilizasiya mərkəzinin, hər hansı bir xarici gücün daha böyük yer tutmağa çalışması təbiidir.

Bu imkanları ələ keçirmək üçün fərqli sektorlarda hansı imkanlara sahib olduqlarını görəcəklər.

Eyni zamanda, bunların informasiyalardır ki, həm Ermənistan, həm də Azərbaycan kimi birbaşa əlaqəli tərəflərə və hərəkət edən digər güclərə yönəldilmiş mesajlar olduğuna əminəm” – deyərək Ğevondyan qeyd edib.

Aylar öncə, Azərbaycanda akkreditə olunmuş 46 səfir Şuşiyə səfər etmişdi. ATƏT -in Minsk Qrupunun həmsədr ölkələrinin – ABŞ, Fransa və Rusiyanın səfirləri onların arasında deyildi.

Azərbaycanda ciddi sərmayələr qoyan İngiltərə səfiri onu ziyarət etmədi. Azərbaycan tərəfi həmsədr ölkələrin səfirlərinin gəlməməsinə qəzəblənərkən, azərbaycanlı şərhçilər onların səfərdən imtina etmələrini “demarş”  kimi qiymətləndirdilər. Məsələn, Azərbaycanın keçmiş Xarici işlər naziri Tofik Zilfüqarov rəsmi olaraq ATƏT -in Minsk Qrupundan çıxmağı təklif etmişdir.

Hər iki halda da səfirlərin səfərləri bizi maraqlandırır, lakin birinci halda təşəbbüs Şuşi amilindəsə ABŞ və Rusiya səfirləri və Azərbaycan tərəfi idi.

Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyanın sözlərinə görə, Azərbaycan tərəfinin dəvətini qəbul edən səfirlər də Şuşinin Azərbaycanın yurisdiksiyasında olduğunu qəbul ediblər.

“Nə baş verir. Azərbaycan tərəfi səfirlərə dəvətnamə göndərir və deyir ki, gəlin sizi Şuşiyə aparım. Azərbaycan tərəfinin dəvətini qəbul etməklə Azərbaycanın öz yurisdiksiyasında olduğunu qəbul edirlər. Digərləri bunu qəbul etmir.

Onlar MQ-nun  məlum formulasını qəbul edir.O da problem hərbi yolla həll  oluna bilməz.Artsax məsələsi gərək  təffərrüatlı şəkildə siyasi həll olunsun.

Məncə,Azərbaycan göstərmək istəyirdi ki, özünə məxsusdur və ən mühümü  bunu tanıyırlar, getməyənlərsə həmin  tanınmanı sual altına alır” – deyərək Papyan qeyd edib.

Hər iki halda diplomatların səfərləri ilə məşğul oluruq, amma işlər fərqlidir. Politoloq Robert Ğevondyanın fikrincə, Yerasx, Syunik və ya Geqarkunikə getməklə ”Şuşini ziyarət etmək” arasındakı paralellər yersizdir, çünki birinci halda söhbət beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisindən gedir, Şuşi isə fərqli statusa malikdir.

“Şuşi, münaqişənin həllində maraqlı olan üç əsas ölkənin səfirlərinin getmədiklərini təsdiqləyən bir münaqişə bölgəsidir. Başa düşmək lazımdır ki, Ermənistanın bir hissəsi olaraq tanıdıqlarını başa düşmək üçün səfər etmək  vacib deyil.

İnformasiya Ermənistanın bir hissəsini tanıdıqları və ya bununla bağlı bir problem olduğu deyil.

Ancaqmənim qənaətimcə, səfərlər baş verən  gedişatlarla bağlıdır və gələcəkdə formalaşacaq qüvvələrin tarazlığıyla diplomatik olaraq davam edən proseslərlə əlaqəlidir.

Ona görə ki, hazırkı anda regionda qeyri-tarazlı bir vəziyyətdir” – deyərək Ğevondyan qeyd edib.

Şuşi səfərindən sonra bu ölkələrin Ermənistandakı nümayəndələri Xarici işlər nazirliyinə dəvət edildi. Ermənistanın Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin səfərini qəbuledilməz hesab etdiyini ifadə edərək, ölkələrinin hökumətlərinə müraciətlər edildi.

 Səfirlərə onların ölkələri hökumətlərinə istiqamətlənmiş iddialar verilib.

Orada qeyd olunub ki, Ermənistan ,Azərbaycanda vəkalətlənmiş diplomatic  nümayəndələrinin Artsaxın okupasiyalaşmış ərazilərinə gedişini  qəbuledilməz hesab edir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button