BaşlıcaSiyasət

Serqey Lavrov Ararat Mirzoyana təbrik məktubunu göndərib

RF Xarici  işlər naziri Sergey Lavrov,  ER Xİ naziri vəzifəsinə təyin olunması münasibətiylə Ararat Mirzoyana təbrik məktubunu göndərib.Orada xüsusən deyilir:

“Hörmətli Ararat Samveli,

Sizi Ermənistan Respublikasının Xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirəm.

ER  parlament sədri vəzifəsində Sizin erməni-rus parlamentləri arası səmərəli əlaqələrin inkişafına verdiyiniz töhfəni çox yüksək qiymətləndirirəm.

Rusiya və Ermənistan xalqları üçün əsas maraq kəsb edən iki Xarici işlər nazirliyi arasında sıx və çoxşaxəli əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm.

İnanıram ki, regional problemlərin həllində Moskvanın səmərəli əməkdaşlığı, çoxtərəfli platformalarda mövqelərin uyğunlaşdırılması və Avrasiya inteqrasiya layihələrinin stabil həyata keçirilməsi münasibətlərimizin müttəfiq ruhunu və Ermənistan-Rusiya dostluğunu daha da gücləndirəcəkdir.

Sizə yüksək dövlət vəzifəsində uğurlar, cansağlığı və firavanlıq diləyirəm.

Sizə  uyğun vaxtda Moskvaya dəvət edirəm”.

Daha çox göstər
Back to top button