
Hərbçilərin sərhədçilərlə əvəzlənməsi artıq prosesdədir. Bu barədə ER MN Baş Qərargah rəisi Artak Davtyan “Sputnik Armenia”ya verdiyi xüsusi müsahibədə “Sülh döyüşçüsü” müsabiqəsinin açılış mərasimində bildirib.
“Sərhəd, istər Türkiyə ilə, istərsə də başqa bir ölkə ilə olsun, dövlətin suverenliyinin hissələrini müəyyən edir. Proses arıq başlayıb. Artıq Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının xidmətdə olduğu sərhədin müəyyən hissələri var”, -deyə Davtyan bildirib.
Eyni zamanda, Ermənistan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vurğulayıb ki, Silahlı Qüvvələr daimi yerlərdə olmaqla qarşısına qoyulmuş vəzifələri yerinə yetirməyə hazır olmalıdır.
O əlavə edib ki, Silahlı Qüvvələr siyasi rəhbərliyinin qoyduğu vəzifələri yerinə yetirir.