Ermənistan Baş Qərargahı “Sev lic”ətrafında vəziyyətin kəskinləşməsi barədə məlumatları təkzib edib.
Ermənistan Silahlı qüvvələri Baş Qərargahının İnformasiya İdarəsinin rəisi, polkovnik Samvel Asatryan jurnalistlə söhbətində bildirib ki, “məlumatlar həqiqətə uyğun gəlmir”.
Daha əvvəl bir sıra Telegram kanalları “Sev lic” ətrafında vəziyyətin kəskin şəkildə gərginləşdiyini bildirmişdi. Xatırladaq ki, bu, Azərbaycanın silahlı qüvvələrinin bu ilin may ayının ortalarından etibarən Ermənistanın suveren ərazisini işğal etdiyi istiqamətlərdən biridir.