
Avqustun 22-də Monte Melkonyan adına Hərbi Məktəbində “Beynəlxalq Ordu Oyunları-2021” turniri çərçivəsində “Sülh Döyüşçüsü” yarışının açılış mərasimi olub.
Təntənəli mərasimdə ER Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan, Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri, Ermənistan Respublikasındaq akkreditə olunmuş diplomatik nümayəndəliklərin nümayəndələri və attaşeləri iştirak ediblər. General -leytenant Artak Davtyan çıxışında əminliklə qeyd etdi ki, yarış zamanı komandalar peşəkarlıq, yüksək döyüş və taktiki hazırlıq nümayiş etdirəcəklər.