BaşlıcaSiyasət

Arşak Karapetyan Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığını müzakirə edib

Avqustun 23-də Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan Rusiya Patriot Mərkəzində “Armiya-2021” sənaye sərgisi və Beynəlxalq Ordu Oyunlarının hərbi sənaye sərgisinin açılış mərasimində iştirak edib.

Eyni gün ER müdafiə naziri Rusiyanın böyük hərbi sənaye şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirib, qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib.

Arşak Karapetyan daha sonra Rusiya hərbi-texniki əməkdaşlıq federal xidmətinin direktoru Dmitri Şugayev və “Rosoboronexport”  şirkətinin direktoru Aleksandr Mixayev ilə Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığının bütün məsələlərini müzakirə edib.

Daha çox göstər
Back to top button