ArtsaxBaşlıcaSiyasət

Azərbaycanda RF sülhməramlılarına qarşı güclü təbliğat aparılır, tədbirlər görülür: Nikol Paşinyan

Azərbaycanda Rusiya sülhməramlılara qarşı güclü  təbliğatın aparılması və tədbirlərin görülməsi ciddi narahatlıq doğurur. Bu barədə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Parlamentdə bildirib.

“Düşünürəm ki, Azərbaycan məhkəmələri tərəfindən əsirlikdə olan vətəndaşlarımıza uzun illər həbs cəzası verməsi həm də Rusiyanın sülhməramlı qüvvələrini və Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq məqsədi daşıyır. Problem ondadır ki, Azərbaycan məhkəmələri tərəfindən uzun illər həbs cəzasına məhkum edilmiş Ermənistan vətəndaşlarının böyük əksəriyyəti 9 noyabr tarixindən sonra, yəni üçtərəfli bəyanatın imzalanmasından sonra, sülhməramlı qüvvələrin məsul olduğu sahələrdə əsir götürülmüşdür. Bu faktı Azərbaycanın hələ də sülhməramlıların mandatını imzalamaması ilə müqayisə etsək, aydın olur ki, bu, sülhməramlılara, yəni Dağlıq Qarabağ və Dağlıq Qarabağdakı sabitliyə və sülhə qarşı həyata keçirilən tədbirlərdir”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button