
Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası bölgədə sabit mühit yaratmaq üçün vacib olacaq. Bunu Baş nazir Nikol Paşinyan Parlamentin iclasında hökumət proqramının təqdimatı zamanı deyib.
“Digər aktyorlar tərəfindən konstruktiv mövqe tutulması halında, bölgənin blokadadan çıxmasına yönəlmiş xarici siyasət səylərimiz bölgədə dinc, qarşılıqlı faydalı mühitin formalaşmasına səbəb olacaq. Bu baxımdan əsas, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixlərində imzaladığı üçtərəfli bəyanatlarda nəzərdə tutulan addımların tam və qeyd-şərtsiz həyata keçirilməsidir. Hökumət əmindir ki, qonşu ölkələrlə normal münasibətlərin qurulması və inkişafı regionda uzunmüddətli sülh, sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın açarıdır. Gürcüstan və Azərbaycanla demarkasiyası bölgədə sabit bir mühit yaratmaq üçün vacib olacaq”- deyə Nikol Paşinyan qeyd edib.
Onun sözlərinə görə, demarkasiya prosesi Azərbaycan məsələsində daha mürəkkəbdir. “Amma əminəm ki,mümkün olduğu qədər tez Azərbaycanla demarkasiya işlərinə başlamaq lazımdır. Və təəssüf edirəm ki, daxili siyasi səs-küy səbəbindən yazda planlaşdırılan həll yollarına çatmaq mümkün olmadı. Bu gün bir sıra Ermənistan-Azərbaycan sərhəd hissələrində qeyri-sabit vəziyyət demarkasiya və delimitasiya işlərinə başlamaq üçün ciddi bir işdir. Düşünürəm ki, Sotk-Xoznavar hissəsində, xüsusən SSRİ dövründə qarşılıqlı olaraq razılaşdırılmış xəritələri rəhbər tutaraq həm Ermənistan, həm də Azərbaycan bölmələrinin sərhəd xəttinə geri çəkilməsi çox vacibdir. Eyni prinsiplə Ermənistan-Azərbaycan Teğ-Meğri sərhəd hissəsində çalışmışlar. Əminəm ki, Ermənistan Respublikası vətəndaşlarının böyük əksəriyyəti Azərbaycanla demarkasiya və delimitasiya gündəmini dəstəkləyir. Nə qədər çətin olsa da, Ermənistan bu gündəliyi irəli aparmağa hazırdır”- deyə o bildirib.