BaşlıcaEkonomikaSiyasət

Ermənistanda AES-in fəaliyyət müddətinin uzadılması məsələsi müzakirə edilib

Ermənistanda Metsamor AES-in 2-ci blokunun istismar müddətinin ikiqat artırılması ilə bağlı ilk iş toplantısı keçirilib. İ

şçi qrupuna Ermənistanın və Rusiyanın sektor şirkətləri və təşkilatları cəlb olunub.

Tərəflər Ermənistan AES-in 2-ci blokunun istismar müddətinin ikiqat artırılması konsepsiyasının layihəsini müzakirə ediblər.

“Bizim ümumi məsələmiz rus mütəxəssisləri ilə birlikdə Ermənistan AES-in istismarının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin maksimum artırılmasıdır. Artıq ilkin hesablamalar aparılıb, AES 2026-cı ildən sonra da əlavə istismara verilə bilər”,- deyə Eduard Martirosyan bildirdi.

İşçi qrupun fəaliyyəti  “Rusatom Servs” ASC koordinasiya edir. İşçi qrupunun növbəti iclasının 2021-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır.

Görüş nəticəsində işçi qrupunun iştirakçıları artıq növbəti addımları planlaşdırdılar ( fəaliyyət müddətinin ikiqat uzadılması, Ermənistanda AES-in təhlükəsizliyinin artırılması konsepsiyasına yenidən baxılması, 2-ci blokunun təhlükəsizliyinin yaxşılaşdırılması üçün işlərin siyahısının müəyyən edilməsi, radioaktiv tullantıların və işlənmiş nüvə yanacağının təhlükəsiz idarə edilməsi və digər vacib işlər.

Daha çox göstər
Back to top button