BaşlıcaSiyasət

Goris və Sisianda Rusiyanın 102-ci hərbi bazasının dayaq nöqtələri qurulub: Nikol Paşinyan

Hökumət proqramının parlamentdə təqdimatı zamanı ER baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində sabitliyin qorunması ilə bağlı təkliflərinə toxunub.

“Bir neçə variant görürəm, məsələn, Ermənistan-Azərbaycan sərhəd bölgələrində rus sərhədçilərinin yerləşdirilməsi, KTMT müşahidə missiyası, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin monitorinqi. Qeyd etməkdən məmnunam ki, hazırda Rusiya sərhədçilərinin yeridilməsi ilə bağlı fəal müzakirələr aparılır, KTMT ilə iş davam edir, ATƏT-in Minsk Qrupunun həmsədrləri də məsələyə müəyyən maraq göstərirlər. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik”,- deyə o qeyd edib.

O qeyd edib ki, Ermənistanın təhlükəsizliyinin arxitekturasının əsas faktorlarından biri Rusiya Federasiyasıdır. “Syunik bölgəsində Goris və Sisyanda Rusiyanın Ermənistandalı 102-ci hərbi bazasının dayaq nöqtələri yaradılıb, bundan başqa, Rusiya sərhədçiləri ER dövlət sərhədinin bir sıra hissələrində sərhəd mühafizəsində iştirak edirlər. Rusiya ilə regional kommunikasiyaların açılması üzrə işçi qrupu formatında sıx əməkdaşlıq edirik. Rusiya Sotk-Xoznavar sektorunda yaranmış vəziyyətlə bağlı müzakirələrdə iştirak edir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinidir və Dağlıq Qarabağda Rusiya sülhməramlıların mövcudluğu  təhlükəsizliyin təmin edilməsində əsas amildir”,- deyə Nikol Paşinyan vurğulayıb.

Daha çox göstər
Back to top button