
ER Parlametində ilk sessiyanın növbəti iclasınnda hökumətin avqustun 18-də təsdiq etdiyi 2021-2026-cı illər üçün Hökumətin fəaliyyət planı müzakirə olunub. ER baş naziri Nikol Paşinyan qeyd edib:
“2020-ci ildəki 44 günlük müharibənin ağır nəticələri, müharibə zamanı 3773 qurbanımız, 243 hərbçinin harada olduğu bilinməməsi, əsir götürülmüş hərbçilərimizin bəzilərinin hələ də geri dönməməsi, minlərlə deportasiya olunanlar, Artsaxda və Ermənistanda yaranmış qeyri-adi və çətin sosial-iqtisadi vəziyyət, Ermənistan və Artsax ətrafında artan təhlükəsizlik problemləri, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə qanunsuz daxil olması səbəbindən Sotk-Xoznavar bölgəsindəki mövcud böhran, 9 noyabrda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın mütəmadi olaraq pozuntuları və onun nəticəsində yeni qurbanlar, gergin beynəlaxql vəziyyət, davam edən koronavirus epidemiyası, hökumətin proqramını müzakirə etdiyimiz mühiti qəribə edir”.