Ermənistana səfər edən rusiyalı turist Türkiyəni həmişəlik unutmağa çağırdı

Rusiyalı turist tətil üçün Ermənistana getdi və ölkənin üstünlüklərini qeyd etdi. O deyib ki, Ermənsitana gələrək Türkiyəni əbədi olaraq unuda bilərik. O, fikirlərini Yandex.Zen-dəki şəxsi bloqunda paylaşıb.
İlk olaraq Qafqaz ölkəsinin qonaqpərvərliyini xüsusi şəkildə qeyd etdi. Onun sözlərinə görə, yerli sakinlər gəzən turistləri pulsuz qəhvə ilə qonaq edirlər və ya istədikləri yerə müşayiət edə bilərlər.
“Siz Ermənistanda əziz qonaqsınız. Ermənistanda olduğumuz müddətdə heç vaxt yerli sakinlərin bizdən pul almaq, aldatmaq və ya belə bir şey istədiklərini hiss etmədik. Türkiyədə, əksinə, ruslar “pul mənbəyi” kimi qəbul edilir və onlara pulsuz kömək etməkdən söhbət gedə bilməyəcəyini düşünürlər”,- deyə turist yazdı.
Daha sonra yerli bazarlarda meyvə, tərəvəz və çörəyin “mifik” qiymətlərindən bəhs etdi. Məsələn, əncir, gavalı, şaftalı, kartof, pomidor, xiyar və göyərti bir səbət 150 rubl ola bilər..
“Türkiyənin turistlər və yerli əhali üçün fərqli qiymətlərlə fərqli bir menyusu var”,- o yazdı.
O yazdı ki, ermənilərin çoxu kömək etməyə, qonaq etməyə, əyləndirməyə, verməyə çalışır. Bu, onların qanındadır. Gözəl ölkə, gözəl insanlar. Türkiyəni xatırlamaq belə istəmirəm. Türkiyədə dəniz var. Amma ikinci gündən yoruldum, buna görə də mənim üçün seçim göz qabağındadır. Bu, Ermənistandır”,- deyə bloger vurğualdı.