BaşlıcaSiyasət

Nikol Paşinyan: “Ermənistan tədricən peşəkar orduya keçir”

ER Baş naziri Nikol Paşinyan avqustun 24-də parlament iclasında hökumətin 2021-2026-cı illər proqramının təqdimatı zamanı ordu islahatlarından danışdı.

“Noyabrın 9-dan  sonra sonra mühüm  vəzifələrimizdən biri ordumuzu və silahlı qüvvələrimizi islah etmək və modernləşdirməkolub və elə də qalacaq.

Onu da qeyd etməliyəm ki, bəzi qüvvələr ordumuzun islahat gündəmini təcavüzkar siyasət qəbul etdiyimizin sübutu kimi müharibəyə başlamaq niyyəti və ya qərarı kimi təqdim etməyə çalışırlar.

 Bunun reallıqla heç bir əlaqəsi yoxdur, çünki Ermənistan hər bir sülhsevər dövlət kimi silahlı qüvvələrini inkişaf etdirəcək, təcavüzə çevirməyəcək, təcavüzə qarşı müdafiə edəcək, suverenliyini müdafiə etməklə leqitim  və qanuni bir konstitusiya məqsədiylə bunu edəcək.

Hökumətin Silahlı qüvvələr sahəsində məqsədi, Silahlı qüvvələrin konstitusiya missiyasını yerinə yetirməsini təmin edəcək islahatları davamlı olaraq həyata keçirməkdən ibarətdir.

ER-nın  torpaqları fəth etmək və ya müharibəyə başlamaq niyyəti yoxdur. Strateji baxımdan Ermənistan Respublikası tədricən peşəkar orduya keçəcək. Hərbi xidmət və səfərbərlik hərbi xidmətinin strukturu əhəmiyyətli dərəcədə dəyişəcəkdir” – deyərək o, qeyd edib.

Paşinyanın sözlərinə görə, bura həm də ordunun texnoloji modernləşdirilməsi, avtomatik idarəetmə sisteminin tətbiqi, hərbi xidmətin cəlbediciliyinin artması, hərbi hazırlığın keyfiyyətinin əhəmiyyətli dərəcədə artması da daxildir.

Daha çox göstər
Back to top button