BaşlıcaSiyasət

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçular Azərbaycana qayıdacaqlar. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin məlumatında deyilir.

Azərbaycan sülhməramlı kontingenti Əfqanıstanda Türkiyə sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərirdi və Kabil aeroportunu mühafizə edirdi.

Daha çox göstər
Back to top button