“Armiya” forumunda Rusiya Çin, Hindistan, Myanma və Ermənistan da daxil olmaqla MDB ölkələri ilə müqavilələr imzalayıb. Bu barədə Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətinin direktoru Dmitri Şuqayev “Zvezda” telekanalına müsahibəsində deyib.
“İmzalananlar arasında ənənəvi tərəfdaşlarımızdır – Qazaxıstan, Ermənistan, Belarus, Özbəkistan və təbii ki, Hindistan, Çin, Myanma”- deyə o qeyd edib.
Hindistanla torpaq məsələlərində, Çinlə müqavilələr imzaladıq. “Final belədir: “Armiya”da 2 milyard dollardan çox müqavilələr bağlanıb. Müqavilələrin ümumi məbləği 2 milyard avrodan çoxdur”- deyə o qeyd edib.
Dmitri Şuqayev bildirib ki, Qazaxıstan və əvvəllər bu silahı əldə etmiş Ermənistan AK-12 avtomatlarına maraq göstərirlər.