
Azərbaycan prezidenti İlham Əliyev demişdi ki, Ermənistan təhlükəsizliyini təmin edə bilmədiyi üçün tamamilə müstəqil dövlət hesab edilə bilməz.
Erməni siyasətçi, “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan da öz növbəsində Əliyevə bu cür qeyri -ciddi ifadələrdən çəkinməyi məsləhət görüb.
“Məlum olan faktdır ki, rəsmi Bakı Ankaranın hazırladığı və tətbiq etdiyi siyasəti məmnun şəkildə həyata keçirir. Əliyev başa düşməlidir ki, digər ölkələrin suverenlik səviyyəsini müzakirə etməyə gücü çatan son liderdir ”, – deyə Marukyan “Facebook” səhifəsində yazıb.