Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəsi Mher Margaryanın BMT baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi olaraq yayıldı. ER-nın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilir ki, məktub BMT üzv dövlətlərinin diqqətini Azərbaycan rəhbərliyinin Artsaxa qarşı təcavüzü gizlətmək cəhdlərinə və törətdiyi cinayətlərə yönəldir.
“Səfir Margaryan, Azərbaycan hakimiyyəti tərəfindən davamlı olaraq səsləndirilən nifrət nitqinə və hərbi ritorikaya toxunaraq vurğulayıb ki, Azərbaycan prezidenti cari ilin avqustun 14-də verdiyi müsahibədə etiraf edib ki, Azərbaycan özü 2020-ci ilin sentyabr ayında Dağlıq Qarabağ münaqişəsini öz istədiyi şəkildə həll etmək üçün mahribəyə başlayıb.
Bu şəkildə, Azərbaycan tərəfindən beynəlxalq öhdəliklərin açıq pozulması və qlobal epidemiya şəraitində müharibənin başlanmasıyla qlobal sağlamlıq böhranı zamanı BMT baş katibinin hərbi əməliyyatları dayandırmaq çağırışını pozulması rəsmi olaraq təsdiqlənir.